DÜNYA


KİV: Əfqanıstanda 18 milyondan çox insan humanitar yardıma ehtiyac duyur

Bakı, 12 iyul, AZƏRTAC

Əfqanıstanın 38 milyon sakinindən 18 milyondan çoxunun təcili humanitar yardıma ehtiyacı var.

AZƏRTAC Khaama Press agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan hökuməti və BMT-nin bu ölkədəki missiyasının birgə bəyanatında bildirilir. Bəyanatda humanitar böhranı aradan qaldırmaqda əfqanlara yardım göstərmək çağırışı yer alır.

Agentliyin məlumatına görə, hərbi əməliyyatlar, quraqlıq və pandemiya şəraitində beş yaşadək uşaqların üçdəbiri yetərincə qidalana bilmir. Bununla yanaşı, ölkədəki humanitar təşkilatların əməkdaşı hücumlara məruz qalır, onları öldürürlər. Əfqanıstan maliyyə nazirinin əvəzi Xalid Painda hökumətin humanitar böhranla mübarizəyə 250 milyon dollar ayırmaq niyyətində olduğunu bildirib və beynəlxalq yardıma çağırıb.

Bu günlərdə BMT baş katibinin rəsmi nümayəndəsi Əfqanıstanda vəziyyətin getdikcə daha çox narahatlıq doğurduğunu bildirmişdi.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma kəskinləşir. ABŞ-ın və koalisiya qüvvələrinin Əfqanıstanı tərk etməyə başlaması fonunda ölkədə gərgin vəziyyət hökm sürür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.