Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

KİV nümayəndələri: Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mətbuatımız yeni inkişaf mərhələsini yaşayır

KİV nümayəndələri: Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mətbuatımız yeni inkişaf mərhələsini yaşayır

Bakı, 29 iyul, AZƏRTAC

KİV nümayəndələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. AZƏRTAC Prezident saytına istinadla məktubların bir neçəsini təqdim edir.

“Xəzər” Televiziyasının Baş direktoru Murad Dadaşov: “Möhtərəm cənab Prezident. Milli mətbuatımızın 145 illik yubileyi münasibətilə KİV nümayəndələrinə, Milli Televiziya və Radio Şurasına göstərdiyiniz maddi və mənəvi dəstək hər birimizi ürəkdən sevindirdi. Dünyanın pandemiya ilə mübarizə apardığı çətin bir vaxtda Milli Mətbuat və Jurnalistika gününün ən yüksək səviyyədə qeyd olunmasının, bizə göstərilən qayğı və diqqətin çox dərin kökləri var. Hələ 1998-ci il avqustun 6-da ümummilli liderimiz Heydər Əliyevin imzaladığı Sərəncamla mətbuat üzərindən senzuranın götürülməsi, 1999-cu ildə KİV haqqında Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu, Sizin 2008-ci il 31 iyul tarixli Sərəncamınızla “KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyası” kimi vacib sənədin qəbul olunması dövlətimiz tərəfindən azad sözə, həqiqətə, ədalətə verilən qiymətdir. Hörmətli cənab Prezident, mükafata - “ Tərəqqi” medalına layiq gördüyünüz jurnalistlər arasında rəhbəri olduğum “Xəzər” Televiziyasının da 4 əməkdaşı var. Bu yüksək qiymət məni və kollektivimizi sevindirməyə bilməz. Bu dəyərə, bu diqqətə görə şəxsən öz adımdan və “Xəzər” Televiziyası ailəsi adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bir daha bildirmək istəyirəm ki, biz KİV nümayəndələri olaraq hər bir məqamda Sizin siyasətinizi dəstəkləyirik, dövlətimizin yanındayıq”.

“Trend” İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynov: “Hörmətli cənab Prezident. Sizin və hörmətli Mehriban xanım Əliyevanın Azərbaycanda medianın inkişafına dövlət səviyyəsində göstərdiyiniz qayğı və diqqət bu sahənin müasir standartlara uyğun inkişafını stimullaşdırmaqla yanaşı, jurnalist peşəsinin nüfuzunun artmasına xidmət edir. Müstəqillik dövründə mətbuatımız sözün əsl mənasında önəmli keyfiyyət transformasiyasından keçib, beynəlxalq inteqrasiyaya istiqamətlənib və bu gün nüfuzlu informasiya kommunikasiya resursları ilə bir sırada dayanmaq üçün ciddi səylər göstərir. Milli mətbuatımızın 145 illiyi münasibətilə media nümayəndələri mükafatlandırıldı, onların məsuliyyət, dəqiqlik, qərəzsizlik, vətənpərvərlik tələb edən fəaliyyəti yüksək qiymətləndirildi. Azərbaycan mətbuatında sözü, qələmi ilə tanınan media işçiləri orden və medallarla təltif edildilər, fəxri diplomlara, fəxri adlara və fərdi təqaüdlərə layiq görüldülər. Mənim üçün çox şərəfli və qürurvericidir ki, həmkarlarım arasında mənim də adım yer alıb. Özümün və rəhbərlik etdiyim böyük media ailəsinin adından Sizə, cənab Prezident, bu diqqətinizə görə dərin minnətdarlığımı ifadə edir və bildirirəm ki, bundan sonra da Vətənimizin rifahı, parlaq gələcəyi naminə qarşımıza qoyulan məqsəd və istiqamətlərdə fəaliyyətimizi əzmlə davam etdirəcək, daim Azərbaycanın haqq səsi, Sizin sadiq söz silahdaşınız olacağıq”.

“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov: “Hörmətli cənab Prezident. Sizin dövlətçilik fəaliyyətinizin təhlili göstərir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mükəmməl inkişaf konsepsiyası uğurla həyata keçirilir. Siz yüksək liderlik keyfiyyətləriniz, siyasi prosesləri yönəltmək məharətiniz, taleyüklü, strateji əhəmiyyətli qlobal proqram və layihələr sayəsində Azərbaycanı sabit iqtisadiyyata malik, elmin, təhsilin, mədəniyyətin sürətlə inkişaf etdiyi, ictimai münasibətlərdə demokratik prinsiplərin bərqərar olduğu müasir dövlətə çevirmək arzularımızı reallaşdıraraq, xalqımızın böyük hörmət və məhəbbətini qazanmısınız. Möhtərəm cənab Prezident, müstəqil mətbuatın formalaşmasına və inkişafına yönələn Heydər Əliyev siyasəti bu gün Sizin tərəfinizdən yaradıcılıqla davam etdirilir. “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin qeyd olunması haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamınız obyektivlik, kreativlik, rasionallıq, operativlik kimi faktorları yaradıcılığın başlıca meyarları kimi dəyərləndirən jurnalistlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Zati-aliləri, iyulun 22-də imzaladığınız Sərəncama uyğun olaraq kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin bir qrupunu orden və medallarla, fəxri adlarla, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə, fərdi təqaüdə layiq gördüyünüzə, mətbuata əlavə maliyyə yardımı ayırdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk. Möhtərəm cənab Prezident, “Xalq qəzeti”nin kollektivi Sizin rəhbərliyinizlə görülən işləri, qazanılan böyük uğurları işıqlandırmaqdan qürur hissi keçirir, şərəf duyur”.

“SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev: “Möhtərəm cənab Prezident. Ümummilli liderimiz Heydər Əliyevin siyası kursunun layiqli davamçısı kimi Siz hər zaman mətbuatın inkişafına və tərəqqisinə olan dəstəyinizi göstərməklə yanaşı, jurnalistləri ən yaxın köməkçiləriniz kimi qiymətləndirmisiniz. Mətbuatımızın yubileylərinin qeyd edilməsində, media nümayəndələrinin təltif olunmasında, jurnalistlərin sosial problemlərinin həlli istiqamətində daim təqdirəlayiq addımlar atmaqla yanaşı, həm də qayğınızı əsirgəməmisiniz. Bu sahəyə aid sərəncamlarınız və verdiyiniz mühüm qərarlar mətbuatımızın 145 illik yubileyində də öz təsdiqini tapdı. Xüsusilə, dünyanı cənginə alan COVID-19 pandemiyası və işğalçı Ermənistanın hərbi təxribatlarına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda, Sizin mətbuat nümayəndələrini təltif etməyiniz bizlərə sonsuz fərəh və sevinc hissləri yaşatdı. Müstəqil mətbuatımızın və ulu öndər Heydər Əliyev ideyalarına söykənən, eləcə də dövlətçilik ənənələrimizin ilk carçılarından olan “SƏS” qəzetinin əməkdaşlarının da bu sırada yer alması bizə ikiqat sevinc bəxş etdi. Əməyimizə verdiyiniz yüksək qiymətə görə, Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, “SƏS" qəzetinin kollektivi öz dövlətçilik mübarizəsi ənənəsi ilə bundan sonra da həyata keçirdiyiniz siyasəti var gücü ilə dəstəkləyəcək, öncül təbliğatçınız və əqidə dəstəkçiniz olmaqla sədaqətini nümayiş etdirəcək”.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: “Hörmətli cənab Prezident. Azərbaycan milli mətbuatının yaranmasının 145-ci ildönümü münasibətilə imzaladığınız Sərəncama əsasən, bir qrup vətənpərvər qələm əhlinə müxtəlif mükafatlar, fəxri adlar verilib. Çox xoşdur ki, bu sırada mənim də adım var, Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" adına layiq görülmüşəm. Sizin qayğınızla əhatə olunan Azərbaycan mətbuatının bir nümayəndəsi olaraq qeyd edim ki, son 15 il ərzində rəhbərlik etdiyim "Şərq" qəzetinin 4 əməkdaşı müxtəlif dövlət təltifi ilə mükafatlandırılıb, 5 əməkdaşı evlə təmin olunub. Hazırda "Şərq" qəzeti gündəlik nəşrini bərpa edib, rəngli formatda işıq üzü görür. Cənab Prezident, mətbuatın cəmiyyətdə əhəmiyyətli rolunu hər zaman diqqətdə saxladığınıza, peşə fəaliyyətimizi dəyərləndirdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Apardığınız ardıcıl, dinamik siyasətin nəticələri media sektorunda öz bəhrəsini verir, Həsən bəy Zərdabi ənənələrinə söykənən milli jurnalistika sistemimiz növbəti inkişaf mərhələsini yaşayır. Sizin qətiyyətiniz, iradəniz və məqsədyönlü siyasətiniz nəticəsində düşmənə aman verməyən yenilməz Azərbaycan Milli Ordusu kimi, bu gün güclü söz, mətbuat, jurnalist ordusu da formalaşıb. Bu möhtəşəm ordu Azərbaycan dövlətinin yanındadır. Əməyimə, fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə sağ olun, cənab Prezident”.

“Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev: “Möhtərəm cənab Prezident. Məni “Əməkdar jurnalist” fəxri adına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Mətbuatda 40 illik fəaliyyətimə verdiyiniz bu yüksək dəyər məni sevindirir, qürurlandırır. Biz ölkəmizin ən yeni tarixinin canlı şahidləriyik, Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində və sonrakı illərdə ağır sınaqlardan keçmişik. Yalnız ulu öndər Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dövlətimiz həqiqi müstəqilliyə, xalqımız əmin-amanlığa qovuşub. Bütün sahələrdə, o cümlədən mətbuatın inkişafında yeni mərhələ başlanıb, jurnalist peşəsinin nüfuzu yüksəlib. Kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün ölkəmizdə yaradılmış şəraitdə hər bir istedadlı jurnalistin xalq və dövlət maraqlarına xidmət etməklə peşə uğurları qazanmaq imkanı var. Cənab Prezident, mən Ağdamdan Bakıya – rayon qəzetindən böyük mətbuata adi jurnalist kimi gəlmişdim. Sizin siyasətiniz və sərkərdəliyinizlə işğaldan azad ediləcək doğma yurda bu peşənin ən yüksək titulu ilə qayıdacağam. Bu qayıdışın tezliklə gerçəkləşməsi üçün hər bir əmrinizə hazıram və Sizə bir daha təşəkkür edirəm”.

Real Televiziyası Baş direktorunun layihələr üzrə müavini Samirə Səfərəliyeva: “Möhtərəm cənab Prezident. Milli Mətbuatımızın 145 illik yubileyi münasibətilə məni “Tərəqqi” medalına layiq görməyinizdən son dərəcə qürur hissi keçirirəm. Sizin mətbuata xüsusi diqqət və qayğınız sayəsində bu gün ölkəmizdə kütləvi informasiya vasitələri inkişaf edir, müasir dünyanın tələbləri ilə uyğunlaşmağa çalışır. Bu ənənələr Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Təsadüfi deyil ki, elə ali məktəbdə oxuduğum zaman diplom-buraxılış işim də məhz Ümummilli Liderimizlə bağlı olub. Bu gün Sizin sayənizdə yaranan xalq-hakimiyyət birliyi bütün çətinlikləri inamla arxada qoyur, bizim parlaq gələcəyimizi və firavanlığımızı təmin edir. Amma biz jurnalistlərin də üzərinə düşən vəzifə Vətənimizi, dövlətimizi qorumaq, Sizin müdrik rəhbərliyinizlə qələbələrə doğru addımlamaqdır. Şəxsən mən uzun illər Azərbaycan mediasında çalışan bir jurnalist kimi, bunu dərk edirəm və daim Prezidentimizin yanındayam”.

“Trend” İnformasiya Agentliyinin mədəniyyət şöbəsinin direktoru Vüqar İmanov: “Hörmətli cənab Prezident. Milli mətbuatımızın 145 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilməyim 20 illik jurnalistlik fəaliyyətimdə mənim üçün ən ali mükafat, KİV-lərin inkişafına, milli mədəniyyətimizin və digər sahələrin ölkəmizdə və beynəlxalq səviyyədə təbliğatına cüzi töhfəmə verilən yüksək qiymətdir.

Buna görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Bu, mənim üçün böyük şərəf və ölkəmizin rifahı naminə bundan sonrakı peşəkar fəaliyyətim üçün stimuldur. Siz Prezident, Ali Baş Komandan və dünya azərbaycanlılarının lideri kimi vətənpərvərlik və yüksək mənəvi-əxlaqi dəyərlər, Vətənə hədsiz sevgi nümunəsi göstərirsiniz. Bu hər birimiz üçün vətəndaşlıq nümunəsidir. Biz jurnalistlər Sizin köməkçiləriniz olaraq bundan sonra da doğma Azərbaycanın inkişafı və firavanlaşması işinə töhfə verəcəyik”.

Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlayanlar sırasında “Xəzər FM” radiosunun direktoru Denis Mayorov, jurnalistlər Şərif Ağayarov, İsmayıl İsmayılbəyli və başqaları da var.

Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə imzaladığı sərəncamlara əsasən 3 nəfər Prezidentin fərdi təqaüdünə, 2 nəfər “Əməkdar mədəniyyət işçisi”, 38 nəfər “Əməkdar jurnalist” fəxri adlarına layiq görülüb. Bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3 nəfər “Dostluq” ordeni, 67 nəfər “Tərəqqi” medalı, 22 nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib