İQTİSADİYYAT


KOBİA Şəmkir rayonunun sakinlərini və qonaqlarını “KOB Fest”ə dəvət edir

Bakı, 6 may, AZƏRTAC

Mayın 8-də Şəmkir rayonunda KOB Fest sərgi-satış yarmarkası təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Şəmkir sakinlərini və rayonun qonaqlarını yarmarkaya dəvət edir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, yarmarkada KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim ediləcək. KOB Fest çərçivəsində, həmçinin sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaq.

“KOB Fest”in təşkilində məqsəd rayonda KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.

Şəmkir rayonunda Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.