DÜNYA


Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb

Bakı, 11 noyabr, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, Associated Press agentliyi bu barədə yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Xilasedicilər ərazidə daha 14 nəfərin cəsədini tapıblar. Bundan əvvəl yanğında 9 nəfərin öldüyü bildirilirdi.

ABŞ Prezidenti Donald Tramp ştatın Byutt, Ventura və Los-Anceles dairələrində federal səviyyədə fövqəladə vəziyyət elan edib. O, həmçinin yanğınla mübarizə və gələcək bərpa işləri üçün Kaliforniya ştatına federal büdcədən lazımı vəsait ayrılması barədə göstəriş verib.

Xatırladaq ki, “Campfire” adını almış meşə yanğını noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 40 min hektara yaxınlaşır. Alov 7 min tikilini, əsasən də yaşayış binalarını məhv edib, 250 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

“Campfire” artıq Kaliforniya tarixinə ən dağıdıcı yanğınlardan biri kimi düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.