ELM VƏ TƏHSİL


Kamran İmanov: Azad edilmiş torpaqlarda hüquqi varisinin Azərbaycan olduğu Qafqaz Albaniyası irsinə aid edilən çoxlu abidə var

Bakı, 26 aprel, AZƏRTAC

Bu gün bölgədə yeni ictimai-siyasi vəziyyət yaranıb və Azərbaycan öz qüvvəsini barbar-işğalçıların bizə viran qoyub getdiyi əraziləri bərpa etməyə yönəldib. Biz faktiki olaraq bu ərazilərdə Azərbaycan xalqının məhv edilmiş maddi mədəniyyət irsi, dağıdılmış, yaxud tamamilə yer üzündən silinmiş müsəlman və türk mədəniyyətinin abidələri ilə qarşılaşırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” mövzusunda vebinarda çıxışında söyləyib. O deyib: “Azad edilmiş torpaqlarda sakinləri azərbaycanlıların əcdadlarından biri olan və torpaqlarının hüquqi varisinin Azərbaycan dövləti olduğu Qafqaz Albaniyası irsinə aid edilən çoxlu abidə və xristian mədəniyyəti nümunələri - kilsələr, monastırlar və s. var”.

Qeyd edək ki, Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə keçirilən vebinar 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.