DÜNYA


Karlos Qonun məhkəməsi gələn il olacaq

Tokio, 25 iyun, AZƏRTAC

“Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qon üzərində məhkəmə prosesinin gələn il Tokioda baş tutacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, K.Qona qarşı şirkətin qiymətli kağızlarla bağlı hesabatlarında öz gəlirlərini gizlətməsi ittihamı irəli sürülür.

K.Qon, eyni zamanda, etibardan sui-istifadə edərək şirkətin vəsaitini mənimsəməkdə ittiham olunur.

İyunun 24-də K.Qon və onun köməkçisi, “Nissan” şirkətinin sabiq meneceri Qreq Kelli Tokio dairə məhkəməsində ilkin dinləmələrdə iştirak ediblər. Q.Kelliyə qarşı, şirkətin özündə də həmin qaydaları pozma ittihamı irəli sürülüb.

Ehtimal edilir ki, dinləmələr zamanı iştirakçılar, o cümlədən prokurorlar və vəkillər işlə bağlı dəlillərin nə zaman təqdim ediləcəyini müzakirə ediblər.

Bildirilir ki, tərəflər ilkin dinləmələrin dekabrın 25-dək ayda bir dəfə keçirilməsi barədə razılığa gəliblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.