İDMAN
Kevin Maqnussen: Bakı trası bizim bolidə uyğun gəlir
Bakı, 7 iyun, AZƏRTAC
Bakıdakı sürətli trasda güc qurğularının möhkəmliyi ön plana çıxır.
Formula 1 çempionatının “Haas” komandasının pilotu Kevin Maqnussenin fikrincə, o, qarşıdakı uik-enddə “Ferrari” mühərriki sayəsində rəqabətqabiliyyətli səviyyədə çıxış edəcək.
AZƏRTAC Maqnussenin müsahibəsini təqdim edir.
-Ötən Monako mərhələsində ələ edilən təcrübə Bakıda daha bir şəhər trasında kömək olacaqmı?
-Bu traslar bir-birindən olduqca çox fərqlənsə də, hansısa ortaq xüsusiyyətləri mövcuddur. Bakı trası unikal uzun, düz və asta döngələrə malik maraqlı trasdır. Bu uik-endi səbirsizliklə gözləyirəm.
-Bakı trasında iki DRS zonası (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi və çox uzun start düz xətti var. Biz bu yürüşdə çoxlu ötmə əməliyyatları görəcəyikmi? Bu mərhələ ilə bağlı hansı xatirələriniz var?
-Bakı yürüşləri adətən hadisələrlə zəngin olur. Burada oyundan çıxma, sarı bayraqlar və təhlükəsizlik avtomobilinin görünməsi riski yüksəkdir. Tarixən bu trasda çoxlu qırmızı bayraqlar olur ki, bu da digər traslarla müqayisədə daha böyük əlavə imkanlar açır.
-Siz bu həftəsonu hansı nəticəni nəzərdə tutmusunuz? Tras sizin VF-22 bolidinizə uyğundurmu?
-Ümidvaram ki, uyğundur. Burada uzun düz yollar, bizdə isə “Ferrari”nin mühərriki var: mən hansısa problemlər gözləmirəm. Bu trasda mühüm olan gücdür, o da bizdə var.
-Mövsümün üçdəbiri geridə qalıb. Siz ötənilki fasilədən sonra artıq ritmə düşmüsünüzmü?
-Nə ilə məşğul olmağımdan məmnunam, çünki mənim arzum çin olub. Bir tərəfdən, mənim olduqca sıx qrafikim var, digər tərəfdən - artıq 8 ildir ki, belə ritmdə yaşayıram. Ötən il mənim həddən artıq asudə vaxtım vardı, bu səbəbdən əvvəl adət etdiyim qrafikimə qayıtmağıma şadam. Bəli, işim çoxdur və bu, çox sevindiricidir.