ELM VƏ TƏHSİL


Kimyaçı alimlər Azərbaycan Silahlı Qüvvələri ilə birlik nümayiş etdirirlər

Bakı, 28 sentyabr, AZƏRTAC 

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun kollektivi son günlər Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribata layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirən iclas keçiriblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyev Azərbaycanın müzəffər ordusunun qələbə xəbərlərinin davamlı olacağını qeyd edib. Vurğulayıb ki, bu həssas dönəm hər kəsin, o cümlədən alimlərin öz sahəsində ikiqat çalışmasını tələb edir: “Biz elmi müəssisə olaraq öz fəaliyyətimizi genişləndirməliyik. Ehtiyac yarandığı zaman bizə veriləcək strateji tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə hazır olmalıyıq”.

Diqqətə çatdırılıb ki, düşmən qüvvələrinin ağır itkilərə məruz qalması Azərbaycan ordusunun yüksək döyüş hazırlığının, ordu-xalq, xalq-Ali Baş Komandan birliyinin məntiqi nəticəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.