İDMAN


Kişi voleybolçulardan ibarət Azərbaycan millisi “Gümüş Avropa Liqası”nda ilk oyununu keçirib

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də kişi voleybolçulardan ibarət Azərbaycan millisi “Gümüş Avropa Liqası”nda ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, yığmamız Azərbaycan Voleybol Mərkəzində Rumıniya millisini qəbul edib.

Çexiyalı baş hakim Vlastimil Kovarın idarə etdiyi oyunun birinci setində voleybolçularımız 25:23 hesabı ilə üstün olublar. Lakin ardıcıl üç setdə 25:21, 25:18 və 25:22 hesabı ilə qalib gələn Rumıniya voleybolçuları “Gümüş Avropa Liqası”na qələbə ilə başlayıblar – 3:1.

Millimiz növbəti oyununu mayın 29-da Tbilisidə Gürcüstan yığmasına qarşı keçirəcək.

Azərbaycan voleybolçuları “B” qrupunda Rumıniya, Gürcüstan və Danimarka seçmələri ilə birgə mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.