MƏDƏNİYYƏT


Kitabxana vətənpərvərlik mövzusunda layihələrə start verib

Bakı, 4 dekabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Təşkilatı ilə birlikdə yeni vətənpərvərlik mövzusunda layihələrə start veriblər.

İdarədən AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən ilk layihə "Şəhidlər ölməz, Vətən bölünməz!" olub.

Layihədə məqsəd Qarabağ müharibəsi iştirakçıları, qaziləri və şəhid ailələri ilə görüşlər təşkil etməkdir.

Tədbirdə çıxış edənlər şəhid Məmmədağa Səfərov, baş leytenant Teymur Məcidzadə və Həsənağa Şirvani haqqında xatirələrini, keçdikləri qəhrəmanlıq yolundan danışıblar və onların şücaətindən söhbət açıblar. Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Təşkilatının sədr müavini Ceyran Səttarova və sədr Fazil Orun Allahdan bütün şəhidlərimizə rəhmət diləyiblər və ruhları qarşısında baş əydiklərini vurğulayıblar.

Sonra şairə Müşfiqə Baladdinqızı özünün müəllifi olduğu "Hardasan" şeirini səsləndirib.

Şəhid Rəşid Baxışov adına 218 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aqşin Kazımov şəhidlik zirvəsi və bu zirvənin ucalığından söz açıb. Kitabxananın fəal oxucuları şeirlər səsləndiriblər.

Sonda qeyd edilib ki, bu görüşlər silsilə şəklində olacaq və məqsəd Qarabağ şəhidlərinin dünyaya tanıtmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.