MƏDƏNİYYƏT


Kitabxanada uşaqlar üçün “Nağıl saatı” təşkil edilib

Bakı, 6 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanasında kiçik yaşlı oxucular üçün “Nağıl saatı” təşkil edilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Nağıl saatı”nda uşaqlar “Siçan və pişik” cizgi filmini böyük maraqla izləyiblər. Daha sonra öz sevimli cizgi film qəhrəmanları haqqında suallara cavab veriblər.

Uşaqlar arasında, həmçinin “Mən hansı kitabı sevirəm” mövzusunda sosioloji sorğu keçirilib. Sorğuda iştirak edən uşaqlara kitabxana tərəfindən hədiyyələr təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.