Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kiyevdə “Biz hamımız azərbaycanlıyıq!” adlı elmi-praktik konfrans keçirilib VİDEO

Kiyev, 16 iyun, AZƏRTAC

İyunun 15-də Ukraynanın paytaxtı Kiyevdə Milli Qurtuluş Günü ilə bağlı “Biz hamımız azərbaycanlıyıq!” adlı elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilən konfransdan əvvəl Kiyev şəhərində ulu öndərin Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi ziyarət edilib, önünə tər çiçəklər qoyulub. Azərbaycan dövlətçiliyinin memarı, Ukrayna xalqının böyük və səmimi dostu Heydər Əliyevin nurlu xatirəsi anılıb, dahi siyasi xadimin və gözəl insanın xatirəsinə ehtiram ifadə olunub.

Sonra səfirliyin böyük akt zalında konfrans öz işinə başlayıb. Tədbirdə Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar, Türkiyə, Moldova və Türkmənistanın bu ölkədəki səfirləri, Ali Radanın deputatları - Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, AŞPA-nın vitse-prezidenti Aleksandr Merejko, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Valeri Kopeyka, GUAM-ın Baş katibi Altay Əfəndiyev, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Azərbaycan Ticarət Evinin rəhbəri Daşqın Əhmədov, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Azərbaycanın diaspor rəhbərləri Rövşən Tağıyev, Hikmət Cavadov və Oleq Krapivin, yerli KİV rəhbərləri, soydaşlarımız iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib. Konfransda çıxış edən səfir Elmira Axundova Ulu Öndərin siyasi fəaliyyəti barədə ətraflı məlumat verib. “Heydər Əliyev dünyanın bir çox ölkələrində Azərbaycan diasporunun və strukturlaşdırılmış diaspor təşkilatlarının yaradıcısı olub. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra milli siyasət konsepsiyasında dünya azərbaycanlıları və ümumiyyətlə, Azərbaycandan olan soydaşlarımızla iş prioritet yerlərdən birini tutub. Ulu Öndər bütün görüşlərdə azərbaycançılıq ideologiyası ətrafında birləşməyi qarşıya məqsəd qoyub. Ümummilli Lider soydaşlarımızla görüşlərində söyləyirdi ki, Azərbaycan diasporu müasir siyasi həyatda böyük rol oynaya bilər. O, ölkənin maraqlarını fəal şəkildə müdafiə etməli, Vətəni haqqında obyektiv məlumat verməli, bütün dünyaya sübut etməlidir ki, Azərbaycan təcavüzün qurbanına çevrilib. Heydər Əliyev hansı ölkəyə gəlsə də, iş qrafikinin gərgin olmasına baxmayaraq, xaricdə yaşayan həmvətənləri ilə görüşməyi öz vəzifəsi hesab edirdi və bu görüşlərdə bir məqam xüsusilə səslənirdi: “Milli birlik bizə su, hava kimi lazımdır. Biz hamımız azərbaycanlıyıq”, - deyə diplomat qeyd edib.

Elmira Axundova vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev diaspor təşkilatlarımızın milli ideologiya ətrafında daha sıx birləşməsi üçün onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Səfir pandemiya dövründə vətəndaşlarımıza, soydaşlarımıza göstərdikləri dəstəyə görə Ukraynanın diaspor rəhbərlərinə təşəkkürünü bildirib. Bundan sonra da soydaşlarımıza lazımi dəstəyin göstərilməsinin vacibliyini qeyd edib.

Milli Qurtuluş Günü münasibətilə təbrikini çatdıran Ukrayna Xarici İşlər nazirinin müavini V.Bodnar vurğulayıb ki, ulu öndər Heydər Əliyevin iki ölkə arasında münasibətlərin yaranmasında böyük xidmətləri olub. “Bu bayram Azərbaycan xalqı üçün tarixi və şərəfli günlərdən biridir. Təməli Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Ukrayna əməkdaşlığı bu gün də hər iki ölkənin prezidentləri tərəfindən inkişaf etdirilir. Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır, buna görə də bizim ikitərəfli münasibətlərimizin xüsusi xarakter daşıması və Ukraynanın xarici siyasətində Azərbaycanın mühüm yer tutması tamamilə məntiqlidir. İnanıram ki, yeni səfir Elmira Axundova ikitərəfli əməkdaşlığın daha da inkişafında öz töhfəsini verəcək”, - deyə nazir müavini əlavə edib.

Sonra Ukraynanın ikinci Prezidenti Leonid Kuçmanın mətbuat xidmətinin rəhbəri Darka Olifer sabiq dövlət başçısının tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda deyilir: “Azərbaycan xalqı öz müstəqilliyini əldə etmək üçün ağır günlər yaşayıb. Fəxr edirəm ki, mənim dostum, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə birgə Ukrayna-Azərbaycan münasibətlərinin əsasını qoymuşuq. Şadam ki, Azərbaycan Prezidenti İlham Əliyevi dostum deyə çağıra bilərəm. Azərbaycan Prezidenti ölkəsinin inkişafı və sabitliyi üçün atasının siyasətini uğurla həyata keçirir. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir və biz bir-birimizə bu işdə dəstəyimizi davam etdirməliyik”.

Müraciətində L.Kuçma əminliyini bildirib ki, yeni səfir öz fəaliyyəti ilə iki dost ölkə arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək.

Daha sonra deputatlar Valeri Kolyux, Vladimir Kreydenko, institut direktoru Valeri Kopeyka, GUAM-ın Baş katibi Altay Əfəndiyev, diaspor rəhbərləri Rövşən Tağıyev, Hikmət Cavadov və Oleq Krapivin Ulu Öndərin həyat və fəaliyyətindən danışıblar.

Tədbir çərçivəsində yazıçı-publisist, Milli Məclisin deputatı, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” ("Гейдар Алиев. Личность и эпоха") üçcildlik roman-tədqiqatının Azərbaycan, rus və ingilis dillərində təqdimat mərasimi keçirilib.

Mərasimdə qeyd edilib ki, ilk dəfədir, bu kitabın 3 dildə təqdimat mərasimi keçirilir. Ulu Öndərin anadan olmasının 100 illiyinədək kitabın Ukrayna dilinə tərcüməsinin nəşr ediləcəyi nəzərdə tutulur.

Tədbirdən sonra qonaqlar üçün ziyafət təşkil olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Kiyevdə “Biz hamımız azərbaycanlıyıq!” adlı elmi-praktik konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı