İDMAN


Klublararası Avropa kuboku: “Vüqar Həşimov” klubu Şəhriyar Məmmədyarovun komandasına qarşı mübarizə aparacaq

Bakı, 24 sentyabr, AZƏRTAC

Bu gün Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının son turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 7-ci turda qrosmeysterimiz Şəhriyar Məmmədyarovun heyətində yer aldığı Makedoniyanın “Alkaloid” komandasına qarşı mübarizə aparacaq.

Qeyd edək ki, “Vüqar Həşimov” və “Alkaloid” komandaları 9 xalla 4-6-cı yerləri bölüşürlər.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.