DÜNYA


“Konq-rey” tufanı Yaponiyanın cənub-qərb rayonlarına çatıb

Tokio, 6 oktyabr, AZƏRTAC 

“Konq-rey” tufanı Yaponiyanın cənub-qərb rayonlarına çatıb.

AZƏRTAC NHK telekanlına istinadla xəbər verir ki, tufan nəticəsində azı 10 nəfər xəsarət alıb. Bu, son həftə ərzində regionu ağuşuna alan ikinci tufandır.

Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, şənbə günü saat 11 radələrində tufan Naqasaki prefekturasının Tsuşima şəhərindən təqribən 140 kilometr şimal-şərqdə dənizin üzərində irəliləyir. Onun şimal-şərq istiqamətində saatda 45 kilometr sürətlə hərəkət etdiyi bildirilir.

Naqasaki prefekturasında 9 min ev təsərrüfatı elektrik enerjisiz qalıb. Aviaşirkətlər ölkə daxilində 20-dən çox reysi ləğv ediblər. Koreyada qasırğa güclü küləyə səbəb olub.

Sinoptiklər əhaliyə yağışdan, qasırğadan, hündür dalğalardan, torpaq sürüşməsi və daşqınlardan qorunmağı tövsiyə edirlər.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.