DÜNYA


Konqoda gəminin batması nəticəsində azı 30 nəfər ölüb

Bakı, 27 may, AZƏRTAC

Konqo Demokratik Respublikasında yerləşən göllərdən birində insanları daşıyan gəminin batması nəticəsində azı 30 nəfər həyatını itirib, xeyli sayda insan itkin düşüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

İnonqo şəhər meri Saymon Vemba bildirib ki, gəmidən onların əksəriyyəti maaş almaq üçün gölün o biri tayına gedən yerli məktəblərin müəllimləri olub. İki yüz nəfərə yaxın insan itkin düşmüş hesab edilir.

Qəza zamanı 80-dən çox sərnişinin həyatını xilas etmək mümkün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.