CÜMHURİYYƏT - 100


Konqresmen Mətyü Gaetz: Azərbaycanın tərəqqisi və ABŞ-la möhkəm münasibətləri növbəti 100 ildə daha da inkişaf edəcək VİDEO

Vaşinqton, 13 iyun, AZƏRTAC 

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Mətyü Gaetz (Florida – Respublikaçı) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, konqresmen Mətyü Gaetz çıxışının əvvəlində Azərbaycanın müstəqilliyinin 100 illiyinin qeyd olunduğunu diqqətə çatdıraraq, ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycanın tarixboyu Sovet İttifaqı istilasına qarşı olduğu konqresmen tərəfindən bildirilib. Ölkəmizin qadınların seçki hüququnun təmin edilməsi sahəsində ilklərdən olduğu, Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğu çıxışda qeyd edilib. Azərbaycanın günbəgün müdafiə, əks-kəşfiyyat və terrorçuluq əleyhinə mübarizə sahələrində əməkdaşlıq etdiyi, 11 sentyabr hadisələrindən sonra ABŞ-a təmənnasız dəstək verdiyi diqqətə çatdırılıb.

Konqresmen M.Gaetz çıxışının sonunda Azərbaycan xalqının tərəqqisinin və ABŞ-la möhkəm münasibətlərinin növbəti 100 ildə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.