Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Konservasiyalı əkinçiliyin fermerlər üçün faydaları - dünya təcrübəsi

Kənd Təsərrüfatı Nazirliyi və AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”

Bakı, 12 mart, AZƏRTAC

Təbii resursları qorumaqla istehsalın təşkili, başqa sözlə konservasiyalı əkinçilik sisteminin tətbiqi məsələsi uzun illərdir qlobal kənd təsərrüfatı forumu, konqres və müzakirələrdə aktual mövzu kimi müzakirə olunur. Hesab edilir ki, fasiləsiz aparılan istehsal prosesi zamanı ekoloji normalar pozulur, kimyəvi tərkibli maddələrin istifadəsi artır, üstəlik, düzgün becərmə texnologiyalarının olmaması səbəbindən torpağın münbitliyi itir. Buna görə də tətbiq olunan əkinçilik sistemi resurs mühafizəedici xarakter daşımalı, münbitliyin yaxşılaşdırılmasına yönəlməlidir.

AZƏRTAC aqrar ekspert Nicat Nəsirlinin konservasiyalı əkinçiliyin üstünlüklərinə dair məqaləsini təqdim edir.

Təcrübələr göstərir ki, konservasiyalı əkinçilik ekoloji cəhətdən sabit, iqtisadi cəhətdən isə sərfəli sistemdir. Bu cür əkinçilik sistemində minimum əmək resursları və yanacaq sərf olunur, torpaqda qida maddələrinin miqdarı artır, külək eroziyası azalır, torpaqda karbonun saxlanmasına münbit şərait yaranır.

Bu mütərəqqi sistemin tətbiqində daha fəal olan Argentina, Braziliya, Kanada, Uruqvay, ABŞ, Avstraliya, Hindistan, Çin kimi ölkələrdə bu günə qədər 180 milyon hektar sahədə konservasiyalı əkinlər aparılıb. Bu cür əkinlərdə iki metod geniş tətbiq edilir: tirə səpin üsulu və sıfır-minimal torpaqbecərmə üsulu.

Ənənəvi olaraq hər il Argentinanın Rosario şəhərində “Aprosid” sıfır becərmə fermerləri birliyinin təşəbbüsü ilə Konservasiyalı Kənd Təsərrüfatı üzrə Dünya Konqresi keçirilir. Konqres çərçivəsində təşkil edilən sərgidə konservasiyalı əkinçilikdə tətbiq olunan yeni texnikalar, avadanlıqlar, pestisidlər, toxumlar nümayiş etdirilir. Daha sonra isə iştirakçılar şəhər yaxınlığında yerləşən fermer təsərrüfatlarına gedərək əyani təcrübələrlə tanış olurlar. Bu təsərrüfatda 30 ildən çoxdur ki, növbəli əkin sisteminə əməl etməklə tirəli səpin üsulu tətbiq edilir. Eyni zamanda, şum aparmadan sıfır torpaq becərməsi üsulu ilə soya, buğda, qarğıdalı və digər məhsullar becərilir. Metod bütün məhsullar üzrə məhsuldarlığın maksimum həddinə nail olmağa imkan verməklə yanaşı, istehsal vasitələrinin qorunmasına imkan açır.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi Yaqub Quliyev deyir ki, artıq bir neçə ildir bu müasir təcrübənin respublikamızdakı fermer təsərrüfatlarında tətbiqi üzrə iş aparılır. Regional Aqrar Elm və İnnovasiya mərkəzlərində sahə nümayişləri keçirilərək üstünlükləri fermerlərə nümayiş etdirilir: “Bir neçə gün əvvəl Beyləqanda növbəti nümayiş keçirildi, regional mərkəzimizin təşkilatçılığı ilə fermerlər tirəli səpin üsulu ilə tanış oldular, müasir aqreqatla səpin aparıldı. Məsələ bundadır ki, kənd təsərrüfatı torpaqlarının getdikcə azalması təbii resurslardan səmərəli istifadəni aktuallaşdırır. Bu gün dünyanın qabaqcıl aqrar ölkələri əkinçilikdə ənənəvi texnologiyalardan getdikcə uzaqlaşaraq resursqoruyucu texnologiyaların tətbiqinə üstünlük verirlər. Belə texnologiyalardan biri də tirə əkin üsuludur. Bu üsul bir sıra ölkələrdə tərəvəz, taxıl, meyvə və paxlalı bitkilərin yetişdirilməsində geniş istifadə olunur”.

Beyləqan Regional Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov sahə nümayişinə yığılan torpaq adamlarına məlumat verdi ki, taxılçılıq ölkəmizin kənd təsərrüfatının əsas sahələrindən biridir və fermerlərin taxılçılıqda istifadə etdiyi texnologiya ənənəvi səpin üsuluna əsaslanır. Suvarma əkinçilik sistemində ənənəvi səpin üsulunda toxum “səpələmə” əkin üsulu ilə sahəyə səpilir və daha sonra xüsusi avadanlıqla suvarma şırımları açılır, yaxud toxum sahəyə cərgəarası toxumsəpən maşınla səpilir. Tirə əkin üsulu ənənəvi əkin üsulundan xeyli fərqlənir. Sahə şumlandıqdan və əkinə hazır vəziyyətə gətirildikdən sonra xüsusi hazırlanmış toxumsəpənlə bir gedişlə həm 20-30 santimetr hündürlükdə tirələr yaradılır, həm də səpin həyata keçirilir. Seçilmiş bitkidən asılı olaraq şırımarası məsafə 70-90 santimetr arasında dəyişir. Hazırlanmış tirələrin səthinin eni isə 30-45 santimetr arasında olur. Tirənin səthinə iki, yaxud üç cərgədə toxum səpilir. Əgər tirənin səthində iki cərgə toxum səpilərsə, tirə səthinin eni 30-35 santimetr, üç cərgə toxum səpilərsə, 45 santimetr olur. Hazırda Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əkin sahəsində arpanın tirə əkin üsulu ilə nümayiş sahəsi yaradılır.

Təklif edilən texnologiya aşağıdakı parametrlərlə xarakterizə olunur:

Cərgəarası məsafə : 60 santimetr

Tirə səthinin eni 45 santimetr,

Tirə səthində cərgəarası: 15 santimetr olmaqla 3 cərgə, kənar cərgələrdən sonra qalan yerin eni 5 -7 santimetr

Tirənin hündürlüyü - 25 santimetr

Səpin norması: 80- 100 kiloqram/hektar.

Aqronom Lətif Orucov yeni metodun üstünlüklərinə toxunub: “Torpağın tirə əkin üsuluna hazırlanmasında ən vacib məsələ sahənin lazer mala ilə işlənməsidir. Sahə elə hamarlanmalıdır ki, suvarma zamanı şırımlarda su yığılıb qalmasın və sahəyə bərabər paylansın”.

Tirə əkin üsulunun üstünlükləri:

Toxum səpin normasına 40-50 faiz qənaət olunur;

Suvarma suyuna 30 faiz qənaət olunur;

Mineral gübrələrin istifadə səmərəliliyini artırır;

Alaqlara qarşı mexaniki mübarizəyə imkan yaradır və pestisidlərdən istifadəni azaldır;

Bitkinin daha yaxşı kollanmasına imkan verir və məhsuldarlığı artırır;

Torpağın fiziki-kimyəvi vəziyyəti yaxşılaşır;

Bitkilərin yatmaya meyilliyi azalır.

Sahə nümayişi haqqında təəssüratlarını bölüşən fermerlər yuxarıda sadalanan iqtisadi göstəricilərin əhəmiyyətini qeyd ediblər. Aqronomlar İmamverdi Əliyev, Məsləhət Abbasov, fermerlər Nizami Bayramov, Nazim Abdullayev, Saleh Əliyev və digərləri bizimlə söhbətlərində bildirdilər ki, taxıl bitkilərinin tirə əkin üsulu ilə yetişdirilməsi əkin sahəsinin idarəetməsini yaxşılaşdırır, tirələrdə nəmliyin daha çox saxlanmasına, hətta dəndolma ərəfəsində belə yemləmə gübrəsinin verilməsinə imkan yaradır. Tirə əkin üsulu ilə yetişdirilən taxıl bitkiləri şoranlaşmış torpaqlarda bitkilərin duz stresinə məruzqalma riskini azaldır.

Tirə üsulu ilə torpağın münbitliyi yaxşılaşır, təkrar şoranlaşmanın və suvarma eroziyasının qarşısı alınır, eyni zamanda, istixana qazlarının atmosferə buxarlanması azalır. Yeni üsulun tətbiqi nəticəsində torpaqda mikrofloranın və mikrofaunanın bərpasına, torpaq münbitliyinin yaxşılaşmasına nail olunur.

Qeyd edək ki, Aqrar Elm və İnnovasiya Mərkəzində hazırlanmış tədbirlər planına uyğun olaraq 2019-cu ildə konservasiyalı əkinçilik metodlarının fermerlər arasında təbliğinə həsr olunmuş təbliğat-təşviqat işləri genişləndiriləcək, 8 regionda fəaliyyət göstərən regional elm mərkəzlərində əyani sahə nümayişləri keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir