İQTİSADİYYAT


Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib

Bakı, 19 iyul, AZƏRTAC

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, iyunun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11945,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ümumi kredit portfelinin 9601,8 milyon manatı və ya 80,4 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1710,8 milyon manat olub və ümumi kredit portfelinin 14,3 faizini təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.