DÜNYA


Kreml diplomat Boris Bondarevin Ukraynada hərbi əməliyyata qarşı çıxmasına münasibət bildirib

Moskva, 24 may, AZƏRTAC

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Boris Bondarevin vəzifəsindən getməsinə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, D.Peskov diplomatın Ukraynada xüsusi hərbi əməliyyata etiraz əlaməti olaraq öz ərizəsi ilə vəzifəsindən getməsini şərh edərək deyib: “O, bizimlə deyil, bizə qarşıdır”.

Xatırladaq ki, Bondarev mayın 23-də linkedin sosial şəbəkəsindəki səhifəsində öz təşəbbüsü ilə vəzifəsini tərk etdiyini və Ukraynada hərbi əməliyyatların keçirilməsi ilə razı olmadığını yazmışdı. Diplomat Rusiyanın Cenevrədəki daimi nümayəndəliyində 2019-cu ildən çalışırdı.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.