İDMAN


Kriştiano Ronaldo “Mançester Yunayted”in heyətində ilk oyunda dubl edib

Bakı, 11 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo İngiltərənin "Mançester Yunayted" klubuna qayıdışından sonra bu komandanın heyətində ilk rəsmi oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, 36 yaşlı hücumçu "qırmızı şeytanlar"ın evdə "Nyukasl"ı 4:1 hesabı ilə məğlub etdiyi matçın iştirakçısı olub.

Meydana start heyətində çıxan təcrübəli forvard Mançester təmsilçisinə dönüşünü dublla qeyd edib. O, ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə hesabı açıb. 56-cı dəqiqədə qonaqların heyətində Xavyer Mankilyo tarazlığı bərpa etsə də, cəmi 6 dəqiqə sonra Ronaldo komandasını yenidən önə keçirib. Meydan sahiblərinin digər iki qolunu isə 80-ci dəqiqədə Brunu Fernandeş, 90+2-ci dəqiqədə isə Cessi Linqard vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 10-a çatdıran "Mançester Yunayted" liderliyə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.