İDMAN


Kriştianu Ronaldu “Yuventus” klubuna keçə bilər

Bakı, 2 iyul, AZƏRTAC

“Real Madrid” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerasını “Yuventus”da davam etdirə bilər.

AZƏRTAC xəbər verir ki, bu transfer onun agenti Jorje Mendeşin 11 illik düşmənçilikdən sonra “Yuventus” rəhbərliyi ilə barışması sayəsində mümkün ola bilər. Bu barədə “Tuttosport” və “As” nəşrləri məlumat yayıb.

J.Mendeş bu həftə müdafiəçi Joao Kanselunun “Valensiya”dan “qoca senyora”ya keçidini təşkil edib.

İtaliya klubunun əsas transfer hədəfi “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçdir. Roma klubu onun keçidinə görə, 120 milyon avro tələb edir. Turin klubu serbiyalı futbolçunun transferindən imtina edə və həmin pulları Ronaldonun keçidinə sərf edə bilər.

“Real Madrid” artıq Ronaldonun buraxılış qiymətini 1 milyard avrodan 120 milyon avroya endirmək qərarına gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.