CƏMİYYƏT
Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb
Bakı, 9 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 190-210, Lənkəran-Astara bölgəsi çaylarında 100-160, Naxçıvan Muxtar Respublikası çaylarında isə 170 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, fevralın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 198 kubmetr olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 120 kubmetr təşkil etməklə ongünlük normanın 72 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 43 kubmetr olmaqla ongünlük normanın 63 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 62 kubmetr təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.
Fevralın 9-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4, Salyanda 6, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 359 (2017-ci il fevralın 9-da 464 sm), Şirvanda 229 (2017-ci il fevralın 9-da 329 sm), Salyanda 193 (2017-ci il fevralın 9-da 311 sm), Bankədə 189 (2017-ci il fevralın 9-da 251 sm), Araz çayının Novruzlu məntəqəsində isə 102 santimetr (2017-ci il fevralın 9-da 180 sm) təşkil edir.