MƏDƏNİYYƏT


“Kuraj və uşaqları” tamaşası nümayiş olunacaq

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı alman dramaturqu Bertolt Brextin əsəri əsasında hazırlanmış “Kuraj və uşaqları” tamaşasını iyunun 25-də “facebook” səhifəsində onlayn nümayiş etdirəcək.

AZƏRTAC xəbər verir ki, dünya teatr tarixində epik teatr nəzəriyyəsinin banisi kimi tanınan B.Brextin məşhur pyesinə Xalq artisti Rafiq Əliyev quruluş verib.

Yazıçı-tərcüməçi Yaşarın dilimizə çevirdiyi pyesin səhnə redaksiyasının müəllifi Xalq artisti Ramiz Fətəliyevdir.

Tamaşanın quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, bəstəkarı Əməkdar incəsənət xadimi Aydın Əzimov, mahnı mətnlərinin müəllifi Mahir Qarayevdir.

Səhnə əsəri saat 19:00-da teatrsevərlərin ixtiyarına veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.