REGİONLAR


Kürdəmirdə avtomobil dayanacağa çırpılıb

Kürdəmir, 5 avqust, AZƏRTAC

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə avqustun 5-də səhər saat 8 radələrində Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü, 28 yaşlı Rahib İldırım oğlu Əlihəsənov Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı dayanacağa çırpılıb. Avtomobilin sürücüsü Rahib Əlihəsənov müxtəlif dərəcəli xəsarətlər alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.