REGİONLAR


Kürdəmirdə pambıq yığımına başlanılıb

Kürdəmir, 27 sentyabr, AZƏRTAC

Kürdəmir rayonunda cari mövsümdə 2067 hektar sahədə pambıq yetişdirilib və hazırda əl ilə məhsul yığılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əl ilə məhsul yığımı sürətlə davam edir. Bunun üçün hər gün sahələrə 200 nəfərədək işçi qüvvəsi çıxır. Qısa vaxtda əl ilə 50 tonadək “ağ qızıl” toplanılıb. Yığılan məhsul “Kürdəmir pambıq” Açıq Səhmdar Cəmiyyətinin rayondakı pambıq zavoduna təhvil verilib.

Qeyd edək ki, yetişdirilən məhsulun 90 faizdən çoxu pambıqyığan maşınlarla toplanacaq. Artıq rayondakı aqrolizinqdə 7 ədəd maşın saz vəziyyətə gətirilib. Bu günlərdə sahələrdə defolyasiya işləri aparılır. Yaxın vaxtlarda pambıqyığan maşınlar sahələrə çıxarılacaq.

Cari mövsümdə Kürdəmirdə bol məhsul yetişdirilib. Sahələrdən keçən ildəkindən 4-5 sentner çox məhsul yığılacağı gözlənilir.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.