Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“L’Opinione” qəzeti: Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir

“L’Opinione” qəzeti: Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir

Roma, 1 mart, AZƏRTAC

Romada səfərdə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun İtaliyanın nüfuzlu “L’Opinione” qəzetində müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibənin müəllifi tədqiqatçı jurnalist Corcia Pilar Ciorici Etibar Nəcəfovun İtaliyada səfəri çərçivəsində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun öz atası Əmir Qut ilə birlikdə yazdığı və İtaliyada dərc olunmuş “Ağrı” (Il Dolore) romanının Romada keçiriləcək təqdimatında çıxış edəcəyini, İtaliya rəsmi qurumlarının, eləcə də müxtəlif dini icma təşkilatlarının rəhbərləri ilə görüşlər keçirəcəyini və universitetlərdə multikulturalizm mövzusunda mühazirələr söyləyəcəyini bildirib. Müsahibəni oxucuların diqqətinə təqdim edirik.

- Müasir dövrdə dünyanın bir sıra ölkəsində etnik və ya dini zəmində münaqişələr baş verir. Zəngin etnik və dini müxtəlifliyə malik olan Azərbaycan Respublikasında qeyd olunan zəmində heç bir qarşıdurma yoxdur. Bunun səbəbi nədir?

- Həqiqətən, Azərbaycan etnik, dini və mədəni müxtəlifliyə malik olan bir ölkədir. Etnik-mədəni müxtəliflik tarixi prosesin nəticəsi kimi obyektiv xarakter daşıyır. O, xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir və həyatında müsbət rol oynayır. Lakin etnik-mədəni müxtəliflik dövlət tərəfindən tənzimlənmədikdə və yaxud düzgün tənzimlənmədikdə, o, cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlərə, hətta münaqışələrə səbəb olur. Buna görə də bu müxtəlifliyin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edir.

Bir çox ölkələrdən fərqli olaraq Azərbaycan Respublikası cəmiyyətdəki etnik-mədəni müxtəlifliyi assimilyasiya və ya izolyasiya siyasəti vasitəsilə deyil, multikulturalizm siyasəti vasitəsilə tənzimləyir. Multikulturalizm siyasəti isə milli azlıqların etnik-mədəni dəyərlərinin qorunmasını təmin edir. O, titul etnos ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafına eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün zəmin yaradır. Bu isə cəmiyyətdə inteqrasiya proseslərini möhkəmlədir.

Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Bundan başqa multikulturalizmi dövlət siyasəti kimi qəbul edən digər ölkələrdən fərqli olaraq Azərbaycanda etnik-mədəni müxtəlifliklər multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir.

- Lakin məlum olduğu kimi, son dövrdə bir sıra Qərb ölkələrinin başçıları multikulturalizm siyasətinin iflasa uğramasını qeyd ediblər. Sizin ölkənizdə bu siyasətin uğurla aparılmasının səbəbləri nə ilə bağlıdır?

- Doğrudur. Qərb ölkələrində multikulturalizm siyasətinin aparılması ilk illərdə müəyyən müsbət nəticələr versə də, sonrakı dövrdə o, etnik-dini zəmində ziddiyyətlərin kəskinləşməsinə səbəb olub. Nəticədə Avropanın aparıcı ölkələrinin (Böyük Britaniya, Fransa, Almaniya) başçıları multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olması səbəbindən iflasa uğradığını göstəriblər.

Azərbaycanda multikulturalizm siyasətinin uğurla aparılmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər dedikdə ilk növbədə tarixi və coğrafi amillər nəzərdə tutulur. Tarixən Azərbaycan çoxmədəniyyətli bir dövlət olub. Azərbaycanın tarixinin bütün mərhələlərində onun ərazisində müxtəlif xalqların nümayəndələri birgə əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda əlverişli multikultural mühitin olması tarixin müxtəlif mərhələlərində təqib olunan xalqların nümayəndələrinin kütləvi şəkildə bura köçməsinə səbəb olub. Məsələn, hələ təxminən 2600 il bundan əvvəl Babil hökmdarı tərəfindən təqib olunan yəhudilər İsraili tərk edərək Azərbaycana pənah gətiriblər.

Coğrafi baxımdan isə Azərbaycan müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu bir ərazidir. Belə ərazilərdə yerləşən ölkələrin xalqları müxtəlif etnik, dini və mədəni qrupların nümayəndələri ilə qarşılaşaraq onlarla iqtisadi-ticarət və mədəni əlaqələrini inkişaf etdiriblər. Bu isə öz növbəsində belə ərazilərdə multikultural mühitin formalaşması üçün əlverişli şərait yaradıb.

Azərbaycanda multikulturalizm siyasətinin subyektiv səbəbləri dedikdə, ölkəni idarə edən dövlət xadimləri və Azərbaycan xalqı nəzərdə tutulur. Azərbaycanın tarixinin müxtəlif mərhələlərində ölkə başçıları cəmiyyətdəki etnik-mədəni müxtəliflikləri elə tənzimləmişdilər ki, burada etnik və dini zəmində ciddi münaqişələr baş verməmişdi. Azərbaycanda multikultural mühit ölkənin müstəqil olduğu zamanda daha da güclənib. Məsələn, 1918-ci ildə bütün müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində ölkədə yaşayan milli azlıqların nümayəndələrindən deputat və hökumətinin tərkibində nazir vəzifəsinə təyin olunmuşlar var idi.

Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Müasir dövrdə bu siyasəti Azərbaycan Respublikasının Prezident İlham Əliyev uğurla davam etdirir. Qərb ölkələrində multikulturalizm siyasətinin iflasa uğraması bəyan edildiyi bir dövrdə Prezident İlham Əliyev multikulturalizmin müasir dünyada alternativinin ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamofobiya, antisemitizm olduğunu qeyd edir və yeni tarixi şəraitdə multikulturalizmi inkişaf etdirərək onu ölkənin daxili və xarici siyasətinin mühüm istiqaməti kimi təqdim edir.

- Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqaməti kimi multikulturalizm özünü nədə büruzə verir?

- Multikulturalizm Azərbaycanın daxili siyasətinin mühüm istiqaməti kimi özünü ölkəmizdə etnik-dini zəmində heç bir qarşıdurmanın olmamasında göstərir. Multikulturalizm siyasəti vasitəsilə ölkə daxilindəki etnik-mədəni müxtəlifliklər tənzimlənərək bütün xalqların etnik-mədəni dəyərlərinin qorunmasına nail olunub. Bu, demokratik cəmiyyətin norma və prinsiplərinə uyğun gəlir. Belə ki, xalqların etnik-mədəni dəyərlərinin qorunması insan haqlarının tərkib hissəsidir.

Ölkələrarası münasibətlərdə isə bu siyasət Azərbaycanın bütün ölkələrlə hərtərəfli əlaqələrinin inkişafı üçün münbit zəmindir. Bu isə öz növbəsində dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün əlverişli şərait yaradır.

Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunması istiqamətdə ölkəmiz böyük uğurlara imza atıb. Belə uğurlardan biri kimi son dövrdə siyasi leksikona daxil olmuş “Bakı prosesi”ni qeyd etmək olar. “Bakı prosesi” mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür.

“Bakı prosesi” təşəbbüsünü ilk dəfə ölkə Prezidenti İlham Əliyev 2008-ci ildə irəli sürüb. Regional təşəbbüs kimi yaranan “Bakı prosesi” 2010-cu ildən Prezident İlham Əliyevin səyi nəticəsində qlobal hərəkata çevrilməyə başladı. Azərbaycan “Bakı prosesi” çərçivəsində Dünya Dini Liderlərinin Sammitinə (2010), Beynəlxalq Humanitar Forumlara (2011, 2012, 2013, 2014 və 2016), Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına (2011, 2013, 2015 və 2017) və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna (2016) ev sahibliyi edib.

Müsahibə ilə bu linkdən tanış olmaq mümkündür:

http://www.opinione.it/esteri/2018/02/28/giorgia-pilar-giorgi_azerbaigian-multiculturalismo-libro-amir-arye-gut/

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib