CÜMHURİYYƏT - 100
Latviya ictimaiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti barədə məlumatlandırılıb
Riqa, 1 iyun, AZƏRTAC
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Latviyanın dövlət radiosu - LR4-ə müsahibə verib.
Səfir Azərbaycan dövlətçiliyinin qədim tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, gördüyü mühüm işlər barədə məlumat verib. O, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Latviya Respublikasının 100 illik tarixindən danışaraq iki ölkə arasındakı oxşar tarixi prosesləri qeyd edib.
Müsahibədə iştirak edən Latviya Prezidenti yanında Milli Azlıqlar üzrə Şuranın sədri, “Ocaq” Azərbaycan Diaspor Təşkilatının rəhbəri, tarixçi, Riqa Klassik Gimnaziyasının direktoru Roman Əliyev XX əsrin əvvəllərində Bakıda yaradılmış “Latış Cəmiyyəti” haqqında danışıb və ölkəmizdə fəaliyyət göstərən Latış alimləri və incəsənət xadimləri barədə məlumat verib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa