ELM VƏ TƏHSİL


Latviyanın ən yaxşı məktəbləri bəlli olub

Riqa, 19 iyun, AZƏRTAC 

Latviyanın 2018-2019-cu dərs ili üçün ən yaxşı məktəbləri seçilib.

AZƏRTAC xəbər verir ki, ən yaxşılar içərisində ikinci yerdə həmyerlimiz, “Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının sədri Roman Əliyevin direktoru olduğu Riqa Klassik Gimnaziyası yer alır.

Birinci yeri Dauqavpils Rus Orta Məktəbi, üçüncü yeri isə Riqa Fransız Liseyi tutub.

Reytinq məktəblilərin dövlət və beynəlxalq olimpiadalardakı nəticələrinə, elmi konfranslardakı iştiraklarına görə tərtib olunub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.