REGİONLAR
Lənkəran, Astara və Lerik rayonlarının dini icma sədrləri və din xadimlərinin iştirakı ilə videokonfrans keçirilib
Lənkəran, 26 iyun, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə xüsusi karantin rejimində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məsələlərinə həsr olunmuş videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edənlər bütün dünyanı ağuşuna almış koronavirus pandemiyasına qarşı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlərdən və onun nəticələrindən danışıblar.
Çıxışlarda, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara ciddi şəkildə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.