REGİONLAR
Lerikdə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü təntənə ilə qeyd olunub
Lerik, 10 may, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Lerik rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü böyük təntənə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 10-da Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar pandemiya qaydalarını gözləməklə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Lerikdə Ümummilli Liderin doğum günü ilə əlaqədar rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksində, şəhərin park və xiyabanlarında, Lənkəran-Lerik magistral avtomobil yolunun 20-ci, 52-55-ci kilometrliklərində, Lerik-Qosmalıan-Kəlvəz avtomobil yolunun kənarında 1000-dən çox çinar, sərv, qovaq və digər ağaclar əkilib.