DÜNYA


Los-Ancelesdə müəllimlərin tətili davam edir

Bakı, 22 yanvar, AZƏRTAC

ABŞ-ın Los-Anceles şəhərinin müəllimləri hökumətlə “məhsuldar danışıqlara” baxmayaraq, yanvarın 22-də tətillərini davam etdirəcəklər.

AZƏRTAC “Los Angeles Times” qəzetinə istinadla xəbər verir ki, müəllimlərin “United Teachers Los Angeles” həmkarlar ittifaqı sazişə nail olsalar belə, tətilin baş tutacağını bildirib.

“Biz sazişə nail olmaq üzərində yorulmadan işləyirik, beş gündə və şəhər administrasiyasında 50 saatdan çox sürən danışıqlarda böyük irəliləyiş əldə etmişik. Tərəflər hələ də danışıqlar stolu arxasındadır və mən ümid edirəm ki, müəllimlərin və gənclərin siniflərə qayıtması üçün son addımlar atılacaq”, - danışıqlarda vasitəçilik edən şəhər meri Erik Garsetti Twitter səhifəsində belə yazıb.

Ötən həftənin bazar ertəsi günü Los-Anceles şəhərinin dövlət məktəblərinin 30 mindən çox müəllimi tətilə çıxmışdı. Bu, Kaliforniya ştatının ən iri şəhərində müəllimlərin son 30 ildə ilk tətili olub. Müəllimlər maaşların artırılmasını, yükün azaldılmasını və “dövlət məktəblərinə daha çox hörmət” tələb edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.