DÜNYA


“Lukoyl” şirkəti Özbəkistandakı birgə layihələrə 7,5 milyard dollar sərmayə yatırır

Daşkənd, 16 may, AZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovu qəbul edib.

AZƏRTAC Özbəkistan Prezidenti Administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri, yeni sərmayə proqramlarının və layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Şavkat Mirziyoyev deyib ki, Özbəkistanın neft-qaz kompleksi ilə “Lukoyl” şirkəti arasında əlaqələr dinamik inkişaf edir.

Vurğulanıb ki, “Lukoyl” Özbəkistandakı birgə layihələrə 7,5 milyard dollar sərmayə yatırır. Kandım qaz emalı kompleksi ötən il layihə gücünə çatdırılıb. “Xauzak”, “Şadı” və Qissarın cənub-qərbindəki yataqlarda isə işlər davam etdirilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.