SİYASƏT
MƏŞHUR NEFTÇİ VƏ ALİM FƏRMAN SALMANOVA AZƏRBAYCANIN “ŞÖHRƏT” ORDENİ TƏQDİM EDİLMİŞDİR
Səfir R.Rizayev müstəqil Azərbaycanın yüksək mükafatını təqdim edərkən bildirmişdir ki, bu ordeni F.Salmanova ümummilli liderimiz Heydər Əliyevin özü təqdim etmək istəyirdi, lakin ömür vəfa qılmadı. Ona görə də ümummilli liderimiz Heydər Əliyevin doğumunun 81-ci ildönümünü qeyd etdiyimiz gündə Prezident İlham Əliyev “iqtisadiyyatın, elmin və Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına böyük töhfəyə görə” “Şöhrət” ordenini Fərman Salmanova təntənəli şəraitdə təqdim etməyi tapşırmışdır.
Fərman Salmanov ona yüksək şərəf göstərildiyinə - “Şərəf” ordeni ilə təltif olunduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevin simasında ölkə rəhbərliyinə səmimi qəlbdən təşəkkür edərək dedi: “Bu mükafatın Rusiyada fəaliyyətimin 50-ci ildönümündə təqdim edildiyinə görə də bütün Azərbaycana təşəkkürümü bildirmək istəyirəm. Görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyevin doğum günündə “Çox sağ olun!” demək istəyirəm”.