ELM VƏ TƏHSİL
MƏZUNLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Bu il Ağdaş rayonunun ümumtəhsil məktəblərini bitirib ali məktəblərə test imtahanında yüksək nəticələr göstərən gənclərlə görüş keçirilmişdir. Çıxış edənlər gəncləri təbrik etmiş, onlara qarşıdakı təhsil illərində uğurlar arzulamışlar.
Rayon təhsil şöbəsindən demişlər ki, imtahanlarda 500-dən çox bal toplayan 10 gəncin hər birinə rayon icra hakimiyyəti 100 min manat mükafat vermişdir.
Görüşdə çıxış edən tələbələr və onların valideynləri daimi diqqət və qayğıya görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirin iştirakçıları Prezident Heydər Əliyevə müraciət qəbul etmişlər.
Rayon mədəniyyət evinin “Şirvan” ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişdir.