İQTİSADİYYAT
MHŞT ÜZRƏ DÖRDÜNCÜ MƏRHƏLƏNİN HESABATLARINA “DELOYT” ŞİRKƏTİ RƏY VERƏCƏK
İclas zamanı Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan hökumətinə ödənişləri və hökumətin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti - dördüncü hesabat mərhələsi (2005-ci il üçün) üzrə hesabatlarını tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədi ilə müsabiqə keçirilmiş və “Deloyt” şirkəti müsabiqənin qalibi elan olunmuşdur.
Memorandumda nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun olaraq, dördüncü hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin haqqı şirkətlər tərəfindən ödəniləcəkdir.
Azərbaycan hökuməti MHŞT çərçivəsində öz hesabatlarını artıq üç dəfə açıqlamışdır. 2003-cü və 2004-cü illəri əhatə edən hesabatlar “Deloyt ənd Tuş” şirkətinin ölkəmizdəki nümayəndəliyi, 2005-ci ilin ilk 6 ayı üzrə hesabat isə AGN Mak şirkəti tərəfindən təhlil olunaraq rəy verilmişdir.