SİYASƏT
MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 16-dan 19-dək Verona şəhərində (İtaliya) NATO-nun Cənub regionunun maddi-texniki təminatı mövzusunda konfrans, iyunun 16-dan 18-dək Spiz şəhərində (İsveçrə) yüngül atıcı silahların istifadəsinin idarə olunması üzrə kurs, iyunun 17-dən 19-dək Saynt Diziyer şəhərində (Fransa) “Kooperativ Key-02” təlimlərinin yekun planlaşdırma konfransı, iyunun 17-dən 21-dək Şrivenham şəhərində (Böyük Britaniya) “Sülhü qoruma və dəstəkləmə əməliyyatları üzrə Böyük Britaniyanın doktrinası” mövzusunda seminar, Oeiras şəhərində (Portuqaliya) Çoxmilli Birləşmiş Operativ Qüvvələr ilə tanışlıq üzrə işçi görüşü, Nyusidi şəhərində (Avstriya) NATO-nun hava hücumundan müdafiə komitəsinin 12-ci seminarı, Ankara şəhərində (Türkiyə) “İpək yolu - 2002” seminarı, iyunun 17-dən 28-dək Tbilisi şəhərində (Gürcüstan) “Kooperativ Best Effort – 02” təlimləri və Manhaym şəhərində (Almaniya) hərbi ingilis dili müəllimləri üçün təlim seminarı keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.