İDMAN


MXL tarixində ilk dəfə konfransların qalibləri play-off oyunlarının birinci raundundan irəli çıxa bilməyiblər

Bakı, 20 aprel, AZƏRTAC

Milli Xokkey Liqasının (MXL) birinci play-off raundunun beşinci matçında səfərdə “Kalqari”yə 5:1 hesabı ilə qalib gələn “Kolorado” daha sonra 4 qələbəyə qədər seriyada 4-1 hesabı ilə irəli çıxıb. Beləliklə, MXL tarixində ilk dəfə olaraq, komandalar konfranslara bölünəndən sonra müntəzəm çempionatın yekunlarına görə konfransların qalibləri play-off oyunlarının birinci raundundan irəli çıxa bilməyiblər.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Kalqari” Qərb konfransının qalibi olub. Şərq konfransında qalib gələrək Prezident Kuboku qazanmış “Tampa” “Kolambus”a 0:4 hesabı ilə uduzub. “Kolambus” və “Aylenders”in ardınca Stenli Kubokunun növbəti raunduna keçmiş üçüncü klub “Kolorado” olub.

Qaliblərin heyətində Mikko Rantanen və Kolin Uilson hərəyə iki şayba vurublar: Rantanen 16-cı və 41-ci dəqiqələrdə, Uilson isə 27-ci və 35-ci dəqiqələrdə. Bu komandada daha bir şaybanı Qabriel Landeskoq vurub (10-cu dəqiqədə). Məğlub komandadan Ti Cey Brodi fərqlənib (20-ci dəqiqədə).

Dörddəbir finalda “Kolorado”nun rəqibi “San-Xose”-“Veqas” qarşılaşmasının qalibi olacaq. “Veqas” hələlik 3:2 hesabı ilə irəlidədir. Komandalar arasında 6-cı matç aprelin 22-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.