DÜNYA


Macarıstan “MiQ-29” təyyarələrini satışa çıxarıb

Budapeşt, 17 fevral, AZƏRTAC

Macarıstan Hərbi Hava Qüvvələrinin arsenalında olan bütün “MiQ-29” təyyarələrini satışa çıxarıb.

AZƏRTAC “index.hu” saytına istinadla bildirir ki, hərraca 19 təyyarə çıxarılıb. Onların bəziləri komplektləşdirilməyib. Həmçinin 20 mühərrik və digər əşyalar da satışa çıxarılıb. Hərrac üçün başlanğıc qiymət 10 milyon dollar müəyyən edilib. Modifikasiyasından asılı olaraq bir yeni “MiQ-29” təyyarəsinin qiyməti 25 milyon dollar müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.