ELM VƏ TƏHSİL


Macarıstan ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Təhsil Nazirliyində Azərbaycan və Macarıstan ali təhsil müəssisələrinin nümayəndələri arasında görüş keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi iştirak edib.

Macarıstanın ELTE, Seqed, Debreçen, Peç, Veterinari və Metropolitan universitetlərinin nümayəndələrinin iştirak etdiyi görüşə Azərbaycan tərəfdən Bakı Dövlət Universiteti, Azərbaycan Dillər, Tibb, Texniki, Dövlət Mədəniyyət və İncəsənət universitetləri, ADA və Azərbaycan Dövlət İqtisad universitetləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nümayəndələri qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.