REGİONLAR
Macarıstanın Azərbaycandakı səfiri Qubaya səfər edib
Quba, 22 noyabr, Elxan Yusifli, AZƏRTAC
Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin rəhbərlik etdiyi nümayəndə heyəti Qubada olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti ilə Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonağa Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.
Səfir Viktor Szederkenyi Macarıstan-Azərbaycan münasibətlərinin intensiv inkişaf etdiyini bildirərək, ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulduğunu diqqətə çatdırıb.
Görüşdən sonra qonaqlar Quba “ASAN həyat” Kompleksi, “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu və Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.