MƏDƏNİYYƏT
Maestro Niyazinin xatirəsi yad olunacaq
Bakı, 19 avqust, AZƏRTAC
Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin anadan olmasının 107-ci ildönümü münasibətilə tədbir keçiriləcək.
Maestronun adını daşıyan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov AZƏRTAC-a bildirib ki, tədbir çərçivəsində müxtəlif çıxışlar, xatirələr, muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou, vaxtı ilə dirijoru olduğu konsertlərdən videofraqmentlər nümayiş olunacaq.
Həmçinin həmin gün Niyazinin Fəxri xiyabandakı məzarı ziyarət olunacaq.