İQTİSADİYYAT
Mahir Məmmədov: Azərbaycan-Gürcüstan əlaqələri uğurlu tarixə malikdir
Tbilisi, 5 mart, AZƏRTAC
Azərbaycan-Gürcüstan əlaqələri böyük uğurlu tarixə malikdir. SOCAR da 2006-cı ildən Gürcüstanda fəaliyyət göstərir və ölkənin enerji təhlükəsizliyinə töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov deyib.
Onun sözlərinə görə, Tbilisidə bu gün keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda çıxış edən natiqlərin SOCAR-ın Gürcüstan iqtisadiyyatındakı böyük rolunu qeyd etmələri qürurvericidir.
Baş direktor deyib: “Azərbaycan-Gürcüstan əlaqələri uğurlu tarixə malikdir. Bu münasibətlər ilk növbədə, dövlətlər və xalqlar arasındakı dostluq və qardaşlıq münasibətlərinə əsaslanır. Azərbaycan və Gürcüstan arasında iqtisadi, sosial və mədəni əlaqələr güclüdür. Ümid edirəm ki, bu münasibətlər gündən-günə daha da möhkəmlənəcək”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi