DÜNYA


Makedoniyanın sabiq baş naziri Macarıstanda sığınacaq alıb

Budapeşt, 4 dekabr, AZƏRTAC

Makedoniyanın sabiq baş naziri Nikola Qruevski Macarıstanda siyasi sığınacaq alıb.

AZƏRTAC-ın index.hu portalına istinadla yaydığı xəbərə görə, sabiq baş nazir ölkəni tərk etdikdən bir həftə sonra Macarıstanın hakimiyyət orqanları tərəfindən ona sığınacaq verilib.

N.Qruevski Makedoniya hökumətinə 2006-cı ildən 2016-cı ilədək başçılıq edib. O, Macarıstanın hazırkı Baş naziri Viktor Orbanın yaxın müttəfiqi hesab edilir. Buna baxmayaraq, rəsmi Budapeşt bəyan edir ki, sığınacağın verilməsi ilə bağlı qərar siyasi deyil, hüquqi məsələdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.