DÜNYA


Malayziya məhkəməsi sabiq Baş naziri çirkli pulların yuyulmasında ittiham edir

Tokio, 8 avqust, AZƏRTAC

Malayziya məhkəməsi avqustun 8-də ölkənin sabiq Baş naziri Nacib Razaka qarşı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi haqqında qanunun tələblərinin pozulması, həmçinin qeyri-qanuni yolla mənfəət əldə edilməsi ittihamlarını irəli sürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb.

“The Straits Times” qəzeti isə bildirir ki, həmin ittihamların öz təsdiqini tapacağı halda N.Razakı 45 il həbs cəzası gözləyir. Bununla yanaşı, sabiq Baş nazir vurulmuş zərərin beş qatı miqdarında cərimə oluna bilər.

Bildirilir ki, ittiham tərəfi “SRC International” fondundan 42 milyon rinqit (təqribən 10,2 milyon dollar) vəsaitin mənimsənildiyini elan edib. Həmin vəsait N.Razakın şəxsi hesablarına köçürülüb. Bununla bağlı N.Razak heç bir bəyanat verməyib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının işini Ali Məhkəməyə verilməsi barədə xahişini qəbul edib.

Bu, son vaxtlar N.Razakın ikinci dəfə məhkəməyə çağırılması halıdır. İyulun əvvəllərində hüquq-mühafizə orqanları onu hakimiyyətdən sui-istifadəyə görə saxlamışdılar. Lakin məhkəmə müdafiə tərəfinin xahişini nəzərə alaraq, 250 min dollar girov müqabilində sabiq Baş naziri azadlığa buraxmışdı.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.