İQTİSADİYYAT


Maliyyə naziri: Ötən ilin ümumi daxili məhsulu üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilib

Bakı, 13 aprel, AZƏRTAC

2022-ci ilin birinci rübünün nəticələri 2021-ci il ərzində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin davam etdirilməsi kimi qiymətləndirilə bilər. Ötən ilin sosial-iqtisadi yekunları göstərdi ki, Vətən müharibəsində böyük Qələbədən sonra Azərbaycan çox tez bir zaman kəsiyində öz qüvvələrini səfərbər edərək iqtisadiyyatda böyük irəliləyişə nail oldu.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə söyləyib.

Nazir qeyd edib ki, ötən ilin ümumi daxili məhsulu üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilib, yəni, 2,2 faiz artıq, 3,4 faizin əvəzinə 5,6 faiz: “Bu ildə də biz bu tendensiyanın davamını görürük. Həmin bu müsbət meyillər dövlət büdcəsinin cari ilin birinci rübündəki göstəricilərində də özünü büruzə verib. Birinci rübdə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 faiz və yaxud 418 milyon manat artıqlaması ilə icra olunub və dövlət büdcəsinin gəliri 7 milyard 10 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.