İDMAN
“Mançester Yunayted” Radamel Falkaonun bu komandaya keçməsi barədə “Monako” ilə razılığa gəlib
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, klublar bu sövdə barədə bazar ertəsi səhər tezdən razılığa gəliblər və kolumbiyalı futbolçu tibbi müayinədən keçmək üçün Mançesterə uçacaq.
Digər tərəfdən, İspaniya nəşrlərinin yaydığı məlumata görə, 28 yaşlı Falkao 65 milyon avro müqabilində həmişəlik mançesterlilərin dəstəsinə keçəcəkdir.
Bundan əvvəl bildirilmişdi ki, Falkao ilə “Mançester Siti”, “Real” və “Yuventus” komandaları maraqlanırlar.
Xatırladaq ki, Falkao “Monako”nun heyətində 2013-cü ildən çıxış edirdi. Onun bu komanda ilə kontraktı 2018-ci ilə qədər nəzərdə tutulur. Hücumçu bu klubun heyətində cəmi 22 matç keçirib, bu oyunlarda 18 qol vurub. Oyunçu “Monako”ya Madridin “Atletiko” komandasından 60 milyon avro müqabilində keçib.