MƏDƏNİYYƏT


Marneulidə Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş intellektual yarış keçirilib

Tbilisi, 12 sentyabr, AZƏRTAC

Gürcüstanın Marneuli şəhərindəki “Çay evi”ndə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunmuş intellektual yarış keçirilib.

AZƏRTAC xəbər verir ki, “Çay evi”ndə SOCAR tərəfindən dəstəklənən layihənin rəhbəri Emin Əhmədov gənclərə Nizami Gəncəvinin yaradıcılığı barədə ətraflı məlumat verib.

O, gənclərin Nizami Gəncəvi yaradıcılığına olan marağını yüksək qiymətləndirib.

Tədbirin aparıcısı, gənc könüllü Türkan Məmmədova Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş intellektual yarışın məqsəd və məramından danışıb.

Bildirib ki, könüllülər tərəfindən təşkil olunan yarışmanın əsas məqsədi yeniyetmə və gənclərin Nizami Gəncəvi yaradıcılığına, eləcə də, Azərbaycan ədəbiyyatına marağını artırmaqdır.

Tədbirdə 15 yeniyetmə 5 komandada mübarizə aparıb. Əvvəlcə onlar Azərbaycan ədəbiyyatına aid sualları cavablandırıblar.

Məktəblilər Nizami Gəncəvinin şeirlərindən, Xəmsədən parçalar söyləyiblər.

Yarışın sonunda “Ədəbiyyatçılar” komandası qalib gəlib.

Qaliblərə hədiyyələr təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.