CƏMİYYƏT


Marneulidə azərbaycanlı abituriyentlərlə görüş olub

Tbilisi, 25 iyun, AZƏRTAC

Gürcüstanın Marneuli şəhərindəki “Çay Evi”ndə bu ölkənin ali məktəblərinə qəbul olmaq istəyən azərbaycanlı abituriyentlərlə görüş olub.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın müxtəlif dövlət universitetlərinin yuxarı kurs tələbələri hazırlıq kurslarında təhsil alan soydaşlarımız üçün müxtəlif mövzular üzrə təqdimatla çıxış ediblər.

“Abituriyent - 2022” adı altında keçirilən məlumatlandırıcı görüşdə moderator Səma Həsənova son illərdə azərbaycanlı gənclərin təhsilə marağının artdığını qeyd edib, lakin bəzi texniki səbəblərdən onların bəzilərinin istədikləri ali məktəblərə qəbul ola bilmədiklərini diqqətə çatdırıb.

Sonra gənclərin sualları cavablandırılıb, onlara ölkənin təhsil sistemi, qiymətləndirmə qaydaları, gənclərə ixtisas seçimi, qəbul zamanı sorğu və sual kartlarının düzgün doldurulması ilə bağlı məsləhətlər verilib.

Gürcüstan dövlət universitetlərinin yuxarı kurs tələbələri Səbinə Həsənova, Ayxan Həsənov, Səxavət Bediyev, Şamil Nəsibov gənclərə müxtəlif ixtisasların perspektivləri barədə əlavə məlumatlar veriblər.

Qeyd edək ki, azərbaycanlı gənclər “Çay Evi”ndəki kurslarda SOCAR-ın hesabına pulsuz təhsil alırlar.

 

Xətayi Əzizov

AZƏRTAC-ın Xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.