İDMAN


Masallıda 10-12 yaşlı uşaqlar üçün ustad dərsləri təşkil edilib

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Atletika Federasiyası (AAF) Dünya Atletikasının AOD proqramının dəstəyi ilə “Kiçik çempionlar” layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birgə Masallıda 10-12 yaşlı uşaqlar üçün ustad dərsləri təşkil edib.

AZƏRTAC xəbər verir ki, uşaqlar atletikanın qaçış, çarpaz tullanma, top atma, vorteks və digər növləri üzrə peşəkar idmançılar və hakimlər tərəfindən təlimatlandırılıb, qruplara ayrılaraq yarışlarda iştirak ediblər.

Yarışların sonunda qalib komanda AAF və RİİB tərəfindən mükafatlandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.