REGİONLAR
Masallıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb
Masallı, 17 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 17-də səhər saatlarında Ələt-Astara magistral yolunun Masallı rayonunun Sərçuvar kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Mehdi Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı, 99 ME 637 dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran rayonunun Girdəni kənd sakini, 1952-ci il təvəllüdlü Kamal Fətullayevin idarə etdiyi “KamAZ” markalı, 42 BL 695 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.
Hadisə zamanı ağır bədən xəsarətləri alan “VAZ-2107”nin sürücüsü M.Əhmədov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.